top of page
Search

Peşəkar Mətbəxiniz Üçün Yüksək Keyfiyyətli Avadanlıqlar

Peşəkar Mətbəxiniz Üçün Yüksək Keyfiyyətli Avadanlıqlar

Uğurlu kulinariya biznesi, düzgün avadanlıqlarla başlayır. Restoran, kafe yaxud da keytrinq xidməti idarə etməyinizdən asılı olmayaraq, performansı yüksək mətbəx avadanlıqları sizin işinizin təməlidir. Burada ən çox satılan mətbəx avadanlıqlarımızdan bəzi nümunələri göstəririk.

1. Elektrikli Qril (Izqara) – Fərqli Yeməklər Hazırlamaq Üçün Ideal

Elektrikli Izqara (düz səthli)

Elektrikli qril çox fərqli yeməklər hazırlamaq üçün vacibdir: dadından doyulmayan bifteklərdən tutmuş qızardılmış tərəvəzə kimi hər bir qidanı bişirir. Elektrikli qrillər, bərabər istilik paylanması və geniş funksiyonallığı ilə mətbəxdə sizin köməyinizə çatacaq.



Niyə Bu Məhsulu Seçməlisiniz?

  • Bərabər istilik paylanması.

  • Uzunmüdətli istifadə üçün avadanlığın dayanıqlı quruluşu.

  • Asan təmizlənmə və saxlanma.

2. Konveksiya Sobası – Aşpazlar Üçün Ideal seçim


Konveksiya sobası bişmə, qızartma və isitmə üçün ideal həllər təqdim edir. Bu sobanın daxili buxar funksiyası daha çox imkanlar yaradır, məsələn, şirin pəhriz yeməklərindən tutmuş dadlı qızartmalara kimi sizə çox funskiyonal növlər təqdim edir.

Avantajları:

  • Eyni vaxtda bir neçə növ qızartma özəlliyi.

  • Enerji sərfiyyatının azalması.

  • Avtomatik çox düzgün texnologiya ilə uğurlu nəticə əldə edilməsi.

3. Çay Samovarı – Klassik Dadın Modern Həlli


Çay samovarı (elektrikli)

Çay samovarı restoran və kafelər üçün həm nostalji, həm də funksional bir seçimdir. Böyük tutumu və tez isinmə xüsusiyyəti ilə samovar həm qonaqlarınıza klassik çay zövqü yaşadacaq, həm də mətbəxinizdə işinizi asanlaşdıracaq.

Üstünlükləri:

  • Böyük tutum.

  • Paslanmayan polad dizayn.

  • Tez isinmə və uzunmüddətli istilik saxlama.

4. Elektrikli Fritöz – Həmişə Xırt-xırt edən dadlar


Fritöz elektrikli (setüstü)

Qızardılmış dadlar sevənlər üçün elektrikli fritöz ideal həll yoludur. Bu avadanlıq restoranlar və fast-food məkanlarında olmazsa olmazıdır.

Avantajlar:

  • Geniş yağ tutumlu qazanın olması.

  • İstiliyin dəqiq nəzarəti.

  • Kompakt dizayn, hər növ mətbəxə uyğun.

5. Toster (Tost aparatı) – Səhər Menyunuzu Yeniləyin


Tost aparatı (16 dilim)

Toster səhər yeməyi menynuzı yeniləmək üçün əla bir vasitədir. Bu məhsul xırt-xırt sendviçləri və yumşaq lavaş növlərini qızartmaq üçün uyğundur.

Xüsusiyyətləri:

  • İstiliyi nizamlanmaq imkanı.

  • Davamlı material.

  • Kompakt dizayn, istifadə rahatlığı.

Niyə Bakinox.az-dan Alış-veriş Etməlisiniz?

Bakinox.az, Azərbaycanda yüksək keyfiyyətli peşəkar mətbəx avadanlıqları ünvanıdır. Münasib qiymətlərə, etibarlı məhsullar və müştəri məmnuniyyəti fərqimizdir. Bizə etibar edən sahibkarlardan biri də siz olun. Bütün kateqoriyalarımızı nəzərdən keçirin və mətbəxinizi maksimum performansa qaldırmağa sizə dəstək olaq.Ətraflı məlumat üçün bizə zəng edə və ya email göndərə bilərsiniz.

Comments


bottom of page